14:23 / 15-01-2025
Sabah yağış yağacaq
Makron: “Fransa Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır”
Tarix: 01-06-2021 16:24 | Bölmə: Siyasət
Makron: “Fransa Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır”

Fransa Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə çalışacaq.

Reyting.az
“Armenian News”-a istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

O, Parisdə Paşinyanla humanitar yardım və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.

Fransa prezidenti Dağlıq Qarabağdakı mədəni irs sahələrinin qorunmasının vacibliyini də vurğulayıb. O, Bakı və İrəvanı bütün məhbusları azadlığa buraxmağa və humanitar yardımları təmin etməyə çağırıb.

“Fransa, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Rusiya və ABŞ ilə birlikdə tərəflər arasında birbaşa da daxil olmaqla, dialoqun bərpası üçün hər şeyi etmək niyyətindədir. Sərhəddə baş verən son hadisələrlə əlaqədar olaraq, delimitasiya yalnız danışıqlar yolu ilə və güc tətbiq edilmədən həyata keçirilməlidir",- Fransa prezidenti deyib.




Bölməyə aid digər xəbərlər