Baş prokurorlar Gəncəyə səfər edib - Yenilənib - Fotolar
Tarix: 02-06-2021 10:12 | Bölmə: Siyasət
Baş prokurorlar Gəncəyə səfər edib - Yenilənib

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş prokuroru Kamran Əliyevlə birlikdə Gəncə şəhərinə səfəri başlayıb.

Reyting.az
-ın məlumatına görə, hər iki Baş prokuror ilk olaraq Gəncənin girişində yerləşən Nizami məqbərəsini ziyarət ediblər.(Report)

***

Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə Vətən müharibəsi dövründə ermənilərin raket atdığı ərazidə olub.

Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə birgə əraziyə gələn nümayəndə heyəti oraya baxış keçirib, erməni terroru qurbanlarının xatirəsini anıb.

Qeyd edək ki, nümayəndə heyətinin bu gün Gəncəyə səfəri başlayıb. Daha əvvəl qonaqlar Gəncədə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Nizami məqbərəsində olan nümayəndə heyəti şairin məzarını ziyarət edib, məqbərə ilə tanış olublar.(APA)









Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib