Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Tarix: 03-06-2021 15:27 | Bölmə: Siyasət
Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bu gün Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici Işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

Reyting.az
Azərbaycan XİN-ə istinadla bildirir ki, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyinin məsələləri əsas müzakirə mövzusu olub.

Həmçinin tərəflər, bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Siyasi məsləhətləşmələrdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib