Paşinyanın ofisi qarşısında aksiya keçirilib - Video
Tarix: 20-10-2021 14:49 | Bölmə: Siyasət
Paşinyanın ofisi qarşısında aksiya keçirilib

Bu gün Azərbaycanda saxlanılan erməni diversantların valideynləri yenidən Ermənistanın hökumət binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

Reyting.az
xəbər verir ki, hökumət binası qarşısındakı pilləkənlərə çoxlu sayda polis toplaşaraq giriş qapısını bağlayıb.

Baş nazirin köməkçilərindən biri valideynlərlə görüşə gəlib. Bu zaman etirazçılardan bəziləri onunla birlikdə hökumət binasına daxil olub.

“Qardaşım bu müharibədə öldü və mən burada valideynlərimin yanındayam”,- Paşinyanın köməkçisi jurnalistlərə bildirib.

Qeyd edək ki, bir gün əvvəl Azərbaycandan Ermənistana 5 diversant qaytarılıb.

Görünən budur ki, öz övladlarını 5 nəfərin arasında tapmayan valideynlər yenidən aksiya keçirməklə buna etirazlarını ifadə ediblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}