Saakaşvili: “Gürcüstana Rusiya xüsusi xidmət orqanlarının agentləri yeridilib”
Tarix: 24-12-2021 16:31 | Bölmə: Siyasət
Saakaşvili: “Gürcüstana Rusiya xüsusi xidmət orqanlarının agentləri yeridilib”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə görə, onun ölkəsi getdikcə Qərbin dəstəyini itirir və daha çox Rusiyaya yaxınlaşır. Reyting.az xəbər verir ki, M. Saakaşvili bu barədə özünün “Facebook” səhifəsində yazıb.

Keçmiş prezidentin qənaətincə, indi Gürcüstanda Rusiya ilə münasibətlərin dərinləşdirilməsi və diplomatik məhdudiyyətlərin aradan qaldırılması barədə söhbətlər daha ucadan səslənməkdədir. Saakaşvili hesab edir ki, ölkəyə “Rusiya xüsusi xidmət orqanlarının agentləri” yeridilib və Gürcüstanın teleradio məkanı Rusiyanın kontentləri və təbliğatı ilə doldurulur.

Siyasətçi virtual səhifəsində onu da qeyd edib ki, Gürcüstan üçün “Qərbə pəncərə” rolunu oynayacaq böyük terminallar və dərin özüllü liman layihələri dayandırılıb və bunların yerinə hazırda əsas infrastruktur layihəsi kimi Rusiyaya yeni magistral yolun çəkilməsi davam etdirilir: “Həmin yolun Tbilisi üçün heç bir iqtisadi əhəmiyyəti yoxdur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}