15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Türkiyə Rusiya-Ukrayna gərginliyinə son qoyulmasına çalışır
Tarix: 03-02-2022 20:31 | Bölmə: Siyasət
Türkiyə Rusiya-Ukrayna gərginliyinə son qoyulmasına çalışır

"Türkiyə Rusiya-Ukrayna gərginliyinə son qoymaq üçün əlindən gələni edəcək".

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirilən mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, 2 ildən sonra Türkiyənin strateji tərəfdaşı Ukraynaya yenidən səfər etməkdən qürur duyur: “Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bəyan etmək istəyirəm. İnanıram ki, biz hər bir sahədə ikitərəfli əməkdaşlığımızı gücləndirəcəyik".

Ərdoğan bu gün imzalanan azad ticarət sazişindən də söz açıb:

"10 milyard dollarlıq ticarət həcmi hədəfini qiymətləndirdik. İnanıram ki, razılaşma bizi tez bir zamanda bu məqsədə aparacaq".

Ukrayna prezidenti V. Zelenski isə deyib ki, Türkiyə prezidenti ilə görüşdə əsas mövzulardan biri regionda gərginliyin azaldılması olub.

O, ölkəsinin ərazi bütövlüyünə və suverenliyinə verdiyi davamlı dəstəyə görə Ərdoğana minnətdarlıq edib.

Eyni zamanda, Zelenski Ukrayna ilə Rusiya arasında vasitəçilik təşəbbüsü ilə çıxış etdiyinə görə də Ərdoğana təşəkkürünü bildirib.

Ukrayna dövlət başçısı vurğulayıb ki, hamının dialoqa hazır olması vacib şərtdir.





Bölməyə aid digər xəbərlər