18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

14:28 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

Sahibə Qafarova: "Litva parlamentində dostluq qrupunun Xocalı soyqırımı ilə bağlı bəyanatlarını yüksək qiymətləndiririk"
Tarix: 04-02-2022 11:53 | Bölmə: Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Litva Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin (Seym) sədri Viktoriya Çmilite Nielsen ilə görüşüb.
Reyting.az xəbər verir ki, Viktoriya Nielsen Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, qeyd edib ki, Azərbaycan və Litva yaxın tərəfdaşdırlar. O, ölkələrimiz arasında münasibətlərin yüksək inkişafından məmnunluğunu ifadə edib.
Bildirib ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanlar mövcuddur. O cümlədən, İnformasiya-kommunikasiya texnologiyaları, qida, aqrar, təhsil sahələrində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar var. Seymin sədri deyib ki, Azərbaycan Litvanın tvininq proqramı çərçivəsində ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran Viktoriya Nielsen regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
O, Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edərək, Şərq Tərəfdaşlığı sammitinin əhəmiyyəti, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakını xüsusi vurğulayıb.
İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın hazırkı yüksək səviyyəsini təqdir edən Viktoriya Nielsen bu səfərlərin və parlament dostluq qruplarının fəaliyyətinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini deyib.
Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Litvaya ilk rəsmi səfəri olduğunu söyləyib və inamını ifadə edib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək. Azərbaycan və Litvanın dost və tərəfdaş ölkələr olduğunu bildirən spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu vurğulayıb. O, bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya 1 rəsmi və 2 işgüzar səfərini, həmçinin Litva Respublikası prezidentlərinin Azərbaycana 2 rəsmi və 3 işgüzar səfərini xüsusilə qeyd edib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Litva arasında əməkdaşlıq siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edir. Onun sözlərinə görə, Azərbaycan ilə Litva arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Bu gün qanunvericilik orqanlarımız arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Spiker parlamentarilərimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin müsbət təcrübəsini qeyd edib. Həmçinin, iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyətini tədqir edərək, bu qrupların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynadığını söyləyib. O, Litva parlamentində dostluq qrupunun Xocalı soyqırımı ilə bağlı bəyanatlarını yüksək qiymətləndirib. Spiker həmkarına Ermənistan tərəfindən törədilən bu soyqırımı haqqında geniş məlumat verib.
Daha sonra spiker Litva Respublikasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi qeyd edərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında danışıb. Milli Məclisin sədri deyib ki, bu qələbə sayəsində Azərbaycan öz ərazilərini 30 il davam edən erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib.
Spiker Sahibə Qafarova hazırda regionda yeni yaranmış vəziyyət və şərtlər haqqında da danışaraq, deyib ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və tarixin səhifələrində qalıb. Üçtərəfli 10 noyabr 2020-ci il tarixli Bəyanat münaqişəyə son qoyub.
Görüşdə Milli Məclisin sədri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, regional kommunikasiyaların bərpa olunmasının vacibliyi, Azərbaycanın təşəbbüsü və birbaşa dəstəyi ilə reallaşan nəqliyyat layihələri, Zəngəzur dəhlizi haqqında da məlumat verib.
Bölməyə aid digər xəbərlər

12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər