Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 06-04-2016 11:32 | Bölmə: Siyasət

"İndi hamımıza bəlli oldu ki, Qarabağın canı yeddi rayonda imiş. Belə ki, Qarabağın özünün ərazisi 4,38 min kv.km , yerdə qalan hissəsi 13 min kv. km, 17,2 min kv. km isə bütövlükdə ərazimizin 20 faizini təşkil edirdi. Əhalinin Qarabağdan köçkün düşən hissəsi 50-60 min idisə, yerdə qalan hissəsindən isə 800 min idi”.
Bu sözləri "Qafqazinfo”ya açıqlamasında millət vəkili Zahid Oruc Qarabağ ətrafında son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan əsgəri hər kəs üçün yeni mesaj verib:"İşğal altında olan ərazilərimizin azad olunması üçün əldə edilmiş yüksəklik təkcə hərbi kompleks deyil, prosesi irəlilətmək üçün yeni yolların açılmasıdır. Mənim aləmimdə ermənilər indi 90- ci illlər Azərbaycanını xatırladır. Çünki ön cəbhənin arxasında xalq yoxdur. Bəlli olub ki, orada Ermənistandan gətirilən 20-30 min hərbçidən, bir də muzdla gələn, yağmalayan ermənidən başqa real xalq yoxdur”.
Z.Oruc bildirib ki, ermənilər nəyin bahasına olursa -olsun bölgəyə sülhməramlı qüvvələrin yeridilməsinə çalışır: "İkinci məqsəd isə Qarabağı təkrar Rusiyanın boğazına bağlamaq istəyidir. Qarabağın Azərbaycanın nəzarətində olmasıRusiyanın heç bir halda ziyanına deyil. Hesab edirəm ki, "ey erməni, silahı sadə Azərbaycan xalqına deyil, Sarkisyana tərəf çevir”,- şəklində vəziyyət yaranacaq.
Gərginlik artıqca erməni başa düşəcək ki, silahı onun başının arxasına dirəyiblər, qabağına yox. Erməni hiss edəcək ki, onun ölümünü doğuran siyasi rəhbərliyidir”.
Millət vəkili qeyd edib ki, əldə edilmiş Lələ təpə, Talış yüksəkliyində nə Amerika, nə Rusiya, nə də başqa dövlət var: "Ermənilər yenə də tarixi məqsədlərindən istifadə edərək prosesi başqalarının üzərinə qoymaq istəyirlər. Buna yol vermək olmaz. Bu gün Azərbaycanın hərbi siyasətçisi əsgərlə eyni səngəri paylaşmalıdır. İndi hər kəs fərqinə varmalıdır ki, biz bu işi irəliyə aparmaq imkanına malikik”.
Z.Oruc eyni zamanda informasiya müharibəsinə toxunaraq vurğulayıb ki, Rusiyanın bütün KİV-ləri 90-cı illərin əvvəlindəki kimi indiki proseslər zamanı Azərbaycanın əleyhinə işləməyib: "Biz 90-cı illər Rusiyasına fərqli nəzərlərlə yanaşdığımızı göstərmişik. Bu məsələdə kifayət qədər ehtiyatlı olmaq lazımdır. Bu gün ermənilərin qurduğu diplomatik tələ ondan ibarətdir ki, Azərbaycan müxtəlif ölkələrə qarşıyerisin. Bu gün Belarusun mövqeyi Kollektiv Təhlükəsizlik Müqaviləsinin özünün içində bir parçalanma yaradırsa, bu, mühüm bir məsələdir. Sadəcə hadisələri düzgün təqdim etmək lazımdır. Rusiya bilir ki, bu hadisədə erməni tərəfini tutarsa, bu, avtomatik olaraq bölgənin Rusiya mövqeyinə yuvarlanması deməkdir”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər