Rusiyaya qarşı növbəti sanksiya paketi qəbul edilib - Siyahı (Yenilənib)
Tarix: 08-04-2022 23:56 | Bölmə: Siyasət
Rusiyaya qarşı növbəti sanksiya paketi qəbul edilib

Avropa İttifaqı (Aİ) aprelin 8-də Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı beşinci sanksiya paketini qəbul edib.

Reyting.az 
xəbər verir ki, bu barədə Avropa İttifaqı açıqlama yayıb.

Məlumata görə, sanksiya Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək.

Bildirilib ki, paketdə Rusiyanın daş kömür ixracına, Rusiya bayrağı altında üzən gəmilərin Avropa İttifaqı limanlarına daxil olmasına, Rusiya və Belarus avtonəqliyyat şirkətlərinə, 4 aparıcı bankın tranzaksiya əməliyyatına qadağa qoyulur.

***

Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanskiya paketi qüvvəyə minib.

Reyting.az
xəbər verir ki, yeni məhdudiyyətlər siyahısına “Kalaşnikov” konserni, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, “Sberbank”ın rəhbəri German Qref, həmçinin “Rusal” konserninin şəriki Oleq Deripaska, Rusiya Prezidenti Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova daxildir.

Aİ həmçinin “VTB”, “Sovcombank”, “Novikombank” və “Otkritie Bank”a qarşı sanksiyaları genişləndirib. Belə ki, bankların aktivləri dondurulub.

Eyni zamanda “qara siyahı”ya 14 hərbi-sənaye, mühəndislik, gəmiqayırma və nəqliyyat şirkəti də düşüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}