Dünya liderləri Ukraynaya görə toplanıb, Rusiyaya qarşı yeni qərarlar qəbul olunub
Tarix: 19-04-2022 23:10 | Bölmə: Siyasət
Dünya liderləri Ukraynaya görə toplanıb, Rusiyaya qarşı yeni qərarlar qəbul olunub

ABŞ Prezidenti Cozef Bayden dünya liderləri ilə Ukraynadakı vəziyyətlə bağlı videokonfrans çərçivəsində müzakirə aparır.

Bu barədə "Bloomberg News" məlumat yayıb.

Videokonfransa Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Polşa, Kanada liderləri, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının Prezidenti Şarl Mişel qoşulub.

Reyting.az-
ın məlumatına görə, müzakirələr zamanı NATO baş katibi Yens Stoltenberq deyib ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırana qədər dünya sanksiyaları sərtləşdirəcək: "Bununla yanaşı, NATO üzv ölkələri qorumaq və müdafiə etmək üçün lazım olan hər şeyi edəcək. Paralel olaraq, Ukraynaya gələcək hərbi, iqtisadi və humanitar yardımların göstərilməsi üzrə səylər artırılacaq".

Böyük Britaniyanın Baş naziri Boris Conson isə bildirib ki, Rusiyanın növbəti müharibəyə cəsarət etməməsi üçün Ukrayna kifayət qədər silahlanmalıdır: "Ukrayna yeni silahlarla təmin olunmalıdır, onların buna çox ehtiyacı var".

Avropa İttifaqının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen dünya liderlərinin qapalı videokonfransı zamanı deyiblər ki, Ukraynanın bərpası üçün fond yaradacaqlar və Rusiyaya qarşı sanksiyaları sərtləşdiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}