Ukrayna qüvvələri daha bir şəhəri işğaldan azad edib
Tarix: 20-04-2022 08:12 | Bölmə: Siyasət
Ukrayna qüvvələri daha bir şəhəri işğaldan azad edib

Rusiya qüvvələri Xarkovda Ukrayna bölmələrinə və zəruri infrastruktura yenidən hücum edib. Cənubda - İzyum şəhərində Rusiya qüvvələrinin hücumu uğursuzluqla nəticələnib və ağır itkilər veriblər.

Reyting.az
-ın xəbərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Baş Qərargah diqqətə çatdırır ki, ukraynalılar əks-hücum nəticəsində Donetsk regionunun Marinka şəhərinə geri qaytara biliblər.

Qeyd olunur ki, Rusiya öz qoşunlarının Ukraynada yerləşdirilməsi məqsədi ilə Belarusdan çıxarılmasını davam etdirir.

Baş Qərargah bildirir ki, Belarusdan qalxan Rusiya aviasiyası Ukraynadakı hədəflərə zərbələr endirməkdə davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}