ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri görüşüb - Nələr müzakirə olunub?
Tarix: 23-06-2022 18:36 | Bölmə: Siyasət
ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri görüşüb

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Örl Litzenberger, Kelli Deqnan və Linn Treysi video-konfrans formatında görüşüb.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, diplomatlar ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı proqram və siyasətini müzakirə ediblər. Onlar əməkdaşlığı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək, region xalqları üçün təhlükəsiz, sabit və firavan gələcək qurmaq üçün ABŞ-ın öhdəliklərini vurğulayıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}