14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
09:09 / 02-02-2026
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
09:03 / 02-02-2026
Tramp: Kanada 51-ci, Qrenlandiya 52-ci ştatımız olacaq
01:09 / 02-02-2026
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
Qarabağda yeni savaş təhlükəsi artır
Tarix: 09-06-2018 01:00 | Bölmə: Siyasət / Slayd

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Reyting.az bildirir ki, həmin görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi olub. Görüşdə bir müddət əvvəl Ermənistanın baş nazir Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələrdə qondarma rejimin tərəf kimi iştirak etməsi də gündəmə çıxarılıb. Amma yayılan məlumatlara görə, Lavrov bunun mümkünsüz olduğunu deməklə, rəmsi Bakının mövqeyini dəstəkləyib. Yəni, rəsmi Moskva Paşinyana ümid yeri qoymayıb. Lavrovun sözlərindən çıxan nəticə bu olub ki, Azərbaycan etiraz edirsə, separatçı rejimin təmsilçiləri danışıqlarda iştirak edə bilməyəcək.
Bu xəbər yayılandan dərhal sonra Ermənistanın XİN başçısı diqqətçəkən daha bir bəyanat verib. Bildirib ki, İrəvan Azərbaycanın Rusiyanın dominatlıq etdiyi Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmasına qarşı çıxacaq.
Mnatsakanyan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində deyib ki, AİB əməkdaşlıq təşkilatıdır: “Azərbaycan isə hazırda Ermənistanı bloklayır və bizim əleyhimizə birtərəfli tədbirlər görür”.
Bu arada isə rosbalt.ru saytında İrina Corbenadze Azərbaycan-Ermənistan arasında son həftələr kəskinləşən qarşıdurma haqda maraqlı təhlil aparıb.
Reyting.az İ. Corbenadzenin həmin təhlilini təqdim edir:
Azərbaycan ordusu Ermənistan sərhədlərinə doğru irəliləyir, DQR-də isə “inqilab” yetişir. Barış şansları yox olur. Deyirlər ki, “hamısının günahkarı Lavrovdur”.
KİV-lərin məlumatına görə, Azərbaycan xüsusi təyinatlı qoşunları Ermənistan hərbçilərinin nəzarətindəki bir neçə yüksəkliyi tutub.
Bakı və İrəvanda Azərbaycan ordusunun münaqişə zonasında strateji yüksəklikləri “götürdüyü” haqda söz-söhbət səngimir. Azərbayan KİV-lərinin məlumatına görə, Naxçıvanda əlahiddə ümumqoşun birləşmələrinin xüsusi təyinatlı bölmələri neytral zona boyu irəliləyib və Ermənistan ordusunun 1992-ci ildən nəzarət etdiyi bir neçə yüksəkliyi azad edib. Nəticədə, Bakı İrəvan-Gorus-Laçın yoluna nəzarət imkanı əldə edib.

Tərəflərin hərbi idarələri bu haqda anlaşıqlı bir xəbər vermir – yalnız eyhamlar, ya da “qismən təkziblər”. Lakin sosial şəbəkələrdə Azərbaycanın həqiqətən də bir neçə yüksəkliyi geri qaytardığı və bir neçə kəndi özündə saxladığından xəbər verən fotoşəkillər geniş yayılıb.
Erməni hərbi eksperti Arkadi Qriqoryanın məlumatına görə, azərbaycanlılar, doğrudan da, “bir-iki yüksəkliyi” tutublar, amma bu, qüvvələr bölgüsünü dəyişmir.
“Novosti Armeniya” ekspertdən sitat gətirir: “Əsas hakim yüksəkliklər Ermənistan SQ-dədir”.
Amma ermənilər bu sakitləşdirici ritorikaya inanırlarmı? Axı İrəvan 2016-cı ilin aprelində dördgünlük müharibə nəticəsində işğal edilmiş ərazilərin bir qismi üzərində nəzarəti artıq itirib və çoxları bunu devrilmiş Serj Sərkisyana bağışlamadılar. Yeni lider Nikol Paşinyana bağışalayacaqlarmı? Çünki cəhbədə sıx atışmalar nəticəsində erməni hərbçiləri də həlak olurlar.
Hazırda münaqişə zonasında baş verənlər düşüncə doğurur ki, Azərbaycan ərazilərin “step by step” (ingiliscə: mərhələli-red.) qaytarılması strategiyası və taktikası yürüdür, halbuki Ermənistanda və tanınmamış Dağlıq Qarabağda köhnəlmiş münaqişənin tənzimlənməsi yolunun aydın görünüşü yoxdur.
Və başlıcası – qarşı tərəflə, habelə Rusiya ilə konsensus əldə edilməsinə siyasi iradə yoxdur. Sonuncu ilə qarşılıqlı münasibətlər və Qarabağ münaqişəsindəki rolu haqda aşağıda danışılacaq.

Ermənistanın öz hökumətini aşkarca əsasən russevməz “Soros uşaqlarıyla” (bəziləri hətta RF və prezidentinin ünvanına ədəbsiz ifadələrlə seçiliblər) formalaşdıran yeni baş naziri Nikol Paşinyan Qarabağ üzrə danışıqlar formatının dəyişdirilməsini tələb edir ki, tanınmamış respublikanın təmsilçiləri ona qatılsınlar. Bakı bununla qətiyyən razı deyil. Bütün bunlar danışıqlar prosesinin davamına güclü ziyan vurur.
Bu fonda Qarabağda inqilabi durum yetişir: görünür, burada İrəvandakı may hadisələrini təqlid etməyi qət ediblər. Stepanakertdə (Xankəndində-red.) mitinqçilər yolları bağlayıb, yüksəkvəzifəli paqonluların vəzifədən uzaqlaşdırılmasını tələb ediblər. Tanınmamış respublikanın müəyyən dairələrində prezident Bako Saakyanın istefası məsələsi də aktuallaşıb. “Rəsmən” isə hər şey iyunun əvvəlində doqquz nəfərin qatıldığı davadan başlanıb – ikisi DQR (mətndə bu cürdür-red.) Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı çıxıb. Qurbansız ötüşülüb, amma ziyan çəkənlər var. Dağlıq Qarabağın Müdafiə Nazirliyi (mətndə bu cürdür-red.) mitinqçiləri daxili durumu süni şəkildə kəskinləşdirən və respublikanın təhlükəsizliyini təhdid edən “təhlükəli addımlar”dan çəkinməyə çağırıb.
Qarabağın hərbi məmurları hesab edirlər ki, mitinq fəallığı münaqişə zonasında və respublika sərhədlərinin yanında duruma mənfi təsir edəcək.
Bütün ermənilərin Katolikosu İkinci Qaregin də Stepanakertdəki (Xankəndi-red.) hadisələrlə bağlı daxili sabitliyə təhdid haqda bəyan edib. Onun sözlərinə görə, güzəştsiz mövqelər yolverilməzdir, çünki Qarabağda sülhü dişbatar edə bilər. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da əsasən hərbi vəziyyətdə olan respublikada kütləvi etirazların fəlakətə dönüşə biləcəyi haqda danışıb. O, Paşinyan, Sərkisyan və digər keçmiş prezident Robert Köçəryanı (sonuncu iki nəfərin – “Qarabağ qəbiləsi” deyilənlərin DQR-də böyük nüfuzu var) durumu sabitləşdirməkdə yardıma çağırıb. Ter-Petrosyanın fikrincə, MTX və Qarabağ polisi rəhbərlərinin istefası təhlükəsizliyə zamin olan bu qurumlara ağır zərbə olacaq, düşmənlərimiz bundan yubanmadan istifadə edəcəklər.
Ermənistan hələ 1993-cü ildə özünü DQR-in təhlükəsizliyinin zamini elan edib, belə ki, belə, ya elə, qarışmaq lazım gələcək. Lakin “müstəqil” respublikanın əhalisi Ermənistanın keçmiş və indiki hökumətinə kəskin cavab verə bilər: “Sizə pis rəhbərlərdən qurtulmaq icazəsi verilib, bizə yox?” Burada nəyə etiraz etmək olar? Heç nəyə, çünki qarabağlılarda özünü qorumaq instinkti işə düşüb. DQR hökuməti problemi hələlik etiraz hərəkatının qeyri-formal liderlərilə danışıqlarla müstəqil həll etməyə çalışır.
Düzdür, Paşinyan yenə də pərəstiş bəslədiyi Facebook-da Stepanakertdə etirazları dayandırmağa və məsələləri “uzlaşma şəraiti”ndə həll etməyə çağırıb. Amma o, səmimidirmi? Qarabağın keçmiş baş nazir Serj Sarksiyana yaxın fiqur sayılan lideri Bako Saakyandan yaxa qurtarmaq istəmirmi? Axı Ermənistanın siyasi “havası” birbaşa DQR-dəki siyasi “iqlim”dən asılıdır.
“Mitinqçilər əsas məqsədlərinə çatıblar, – Paşinyan deyib – və hakimiyyət öz vədlərini ən yaxın vaxtlarda yerinə yetirməsə, yenidən küçələrə çıxmağın mənası var”.
Yəni baş nazir öz inqilabi təcrübəsindən çıxış edərək qarabağlılar üçün inqilabi imkanlar “pəncərəsi”ni bağlamayıb, amma Ter-Petrosyan DQR-də “Ermənistan ssenarisi”nin yolverilməzliyini bildirib.
Dövlət səviyyəsində özünüqoruma instinktindən söz düşmüşkən, o, sanki Ermənistanın yüksək dövlət postunu tutaraq russevməzdən russevərə olmasa da, hər halda Ermənistan-Rusiya münasibətlərinin sarsılmazlığı tərəfdarına çevrilən yeni baş nazirində işə düşüb. Bu, həm respublikanın KTMT və Avrasiya Birliyi kimi “Moskva” təşkilatlarına üzvlüyü və “rus bazası”nı Gümrüdən qovmağa çağırışların olmamasıdır. Lakin o, Azərbaycana “bir qarış torpaq da” qaytarmamağa çağırandan sonra Ermənistan-Azərbaycan tənzimlənməsinə münasibətdə mövqeyini dəyişibmi? Çox güman ki, xeyr, çünki Stepanakerti (Xankəndi-red.) danışıqlar prosesinə qoşmağa təkidli tələb Ermənistan və Azərbaycanın birinci şəxslərinin Qarabağ üzrə danışıqlar perspektivini təxirə salır. O, bu halda kimə, ya nəyə ümid edir?

Ehtimal ki, Moskvanın Ermənistan Nazirlər Kabinetinin tərkibi haqda aydın təsəvvürü formalaşıb və güman etmirəm ki, Paşinyan “Qərbyönlü” olmadığına onu inandıra bilsin: “Sorosun qulaqları” Ermənistan hökumətinin, az qala, hər bir kabinetindən boylanır.
Və Moskva bu halda kimə daha çox inanacaq – Paşinyana, ya Əliyevə? “Top” indiki halda Azərbaycanın “meydanı”nda olacaq. Lakin bu, Moskvada heç də hamını qane etmir. Bu isə bildirir ki, Rusiya və Azərbaycanı təcili dalaşdırmaq lazım gəlir. Buna görə də Rusiya XİN-də çox ciddi erməni lobbisinin varlığını bildirən və ya eyham vuran Rusiyanın və başqa analitiklərin səs-küylü çıxışları təsdadüfi görünmür.
Bundan savayı, Azərbaycanın Rusiya xarici siyasət idarəsinin təmsilçilərinin ifadələrinə iddiaları sıxlaşıb. Azərbaycanın “Haqqin.az” saytının yazdığına görə, RF XİN “Qarabağ tənzimlənməsində önləyçi mövqe və ikili standartlar sərgiləyir” və ümumiyyətlə, “Rusiya diplomatlarına Ermənistanı tənqid etmək yasaqlanıb”. Lakin burası da var ki, İrəvanda da – özü də müntəzəm şəkildə – Lavrovun idarəsini və RF Müdafiə Nazirliyini Azərbaycanın maraqlarını yeritməkdə şübhəli bilirlər. Lakin niyə praktik olaraq sual yaranmır ki, Qarabağ birbaşa ABŞ-dan maddi yardım alan sovetsonrası məkanda yeganə tanınmamış dövlətdir?
Bir sözlə, kim kimi dəstəkləyir – demək çətindir. Çox ehtimal ki, Rusiya öz maraqlarını yeridir, amma bu, tez-tez olduqca yöndəmsiz və səmərəsiz edilir.
Maraqlıdır, Lavrovun Ermənistan XİN-in yeni başçısı Zöhrab Mnatsakanyanla iyunun 7-ə Moskvada nəzərdə tutulan görüşü nəylə bitəcək? Danışıqların ayrıntılarının “ictimaiyyətin geniş zümrələrinə”, heç olmasa, təxminən məlum olacağını gözləmək lazım gəlmir. Lakin aydındır ki, tərəflər Qarabağ müşkülünü müzakirə edəcəklər – özü də Stepanakertdə (Xankəndi-red.) son olaylar nəzərə alınmaqla.
Hansı rakursdan – məsələ bundadır.
Bakı tənzimlənmə prosesində irəliləyiş üçün “substansiv” danışıqların keçirilməsinə hazır olduğunu əvvəlcədən bildirib. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu cür danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin AR-in işğal edilmiş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz evlərinə qayıtması təmin olunmalıdır. Belə variant İrəvanı qane etmir – o sövdələşəcək. Amma hansı kozırla? Yalnız Stepanakertin (Xankəndinin-red.) danışqılar prosesində iştirak etmədiyi bəhanəsilə ondan çıxmaqla.

İkincisi, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq iqtidarında olduğuna eyhamla (Suriyanın Abxaziya və Cənubi Osetiyanı tanıması siyasi spekulyasiyalar üçün münasib şansdır).
Lakin, çətin ki, məsələ bundan uzağa gedər, əks halda bu, Azərbaycanla çox yaxın müharibəni bildirəcək. Paşinyanın sələfi – Sərkisyan bunu yaxşı anlayırdı. Düşünmək olar ki, Ermənistan baş naziri siyasi məsələlərdə səriştəsiz olsa da, ona məxsus müxalif statusunda ritorikaya, çətin ki, uysun. Bununla belə, hansısa bir müddətdə buna əməl edəcək, çünki onu Ermənistanın siyasi olimpinə məhz bu “yüksəldib”. Yəni, çox ehtimal ki, bir cür danışıb, başqa iş görəcək, vaxtı uzadıb, açılışı gözləyəcək, özünü nə Rusiyaya, nə də Qərbə qarşı qoyacaq. Bir sözlə, Sərkisyanın etdiyi kimi, mümkün qədər dolab gələcək.
Beləliklə, Ermənistana yeni hakimiyyətin gəlişilə tənzimlənmədə “yeni düşüncə”yə ümid etməyinə, çətin ki, dəysin. Çox ehtimal ki, nazir Mnatsakanyan (ARKA agentliyi ondan sitat gətirir) sıradakı şəkildə “aydın gerçəkliyi” izləyəcək: “Münaqişənin adı “Dağlıq Qarabağ münaqişəsidir”, uyğun olaraq DQR “tənzimlənmədə həlledici səsə malikdir”… Dağlıq Qarabağ dəqiq, ehtiyatla, belə deyək, öz ərazisi, əhalisi, strukturu, dövlət sistemi ilə, çətin ki, etinasızlıq ediləsi vahiddir”.
Görünür, Lavrov erməni həmkarından məhz bunu eşitmək istəyir. Yəni gözlənildiyi kimi, dalandan çıxmaq üzrə olan tənzimlənmə (Sərkisyan dönəmində bu haqda ehtiyatlı eyhamlar var idi) möhkəm şəkildə ilişib. Lakin Azərbaycan öz ərazilərinin “sürüşkən” qaytarılmasını davam etdirsə, hər şey bir anda dəyişilə bilər.
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib
Bu gün, 14:13
Kreml Avropada xaos yaratmağı planlaşdırır
Bu gün, 13:35
Fevralın 17-də astronomik hadisə baş verəcək
Bu gün, 13:12
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
Bu gün, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
Bu gün, 10:34
Prezident gəncləri təbrik edib - Müraciət
Bu gün, 00:45
Lavrov: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
31-01-2026, 21:10
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
30-01-2026, 17:48
Yerə bənzəyən planet kəşf olunub
30-01-2026, 16:30
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
30-01-2026, 11:42
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
30-01-2026, 06:55
Avropa Rusiyanın məşhur şəxslərinə sanksiya tətbiq edib - Fotolar
29-01-2026, 17:31
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
29-01-2026, 15:01
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
29-01-2026, 14:05
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
29-01-2026, 11:03
Şaraa Əsədi geri almaq istəyir
28-01-2026, 22:26
Kreml Zelenskini Moskvaya dəvət edib
28-01-2026, 16:17
Genişmiqyaslı münaqişə təhlükəsi artır - Foto
28-01-2026, 15:37
Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub
28-01-2026, 14:09
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
28-01-2026, 13:37
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
28-01-2026, 12:19
Ukraynaya təhlükəsizlik zəmanəti verməyin əsas şərti müəyyən edilib
27-01-2026, 14:56
Professor: Müharibə başlasa, İrandakı rejimin süqutu qaçılmaz olacaq
27-01-2026, 11:08
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
27-01-2026, 09:44
Ən güclü ordular... - Siyahı
26-01-2026, 23:13
Rusiya Cənubi Qafqaza təsirini itirir
26-01-2026, 17:41
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
26-01-2026, 11:59
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
26-01-2026, 08:37
Yaddaş pozğunluğuna səbəb olan amil tapılıb
24-01-2026, 16:25
Bakıda yüksək vəzifəli şəxsi intim videoları ilə şantaj ediblər
23-01-2026, 12:05
ABŞ Ümumdünya Səhiyyə Təşkilatının sıralarını tərk edib
23-01-2026, 11:44
Avropa ölkələrində iğtişaşlar başlayıb, yaralananlar var
23-01-2026, 10:58
TRIPP: imkanlar və əsas risklər
23-01-2026, 09:28
Professor: Moskva Bakı və İrəvanın sülh prosesinə mane ola bilməyəcək
22-01-2026, 15:05
Sülh Şurasına üzvlük Azərbaycanın imkanlarını genişləndirir
22-01-2026, 13:19
Davos görüşləri: Azərbaycan dünyaya yenidən təqdim olunur
22-01-2026, 11:54
2026-cı il: Ermənistanda nələr ola bilər?
22-01-2026, 09:14
Professor: İranda etirazların “Allaha qarşı çıxış” kimi təqdim olunması təhlükəlidir
21-01-2026, 15:56
Mollazadə: Putin Qorbaçovun yolu ilə gedir
21-01-2026, 11:08
Azərbaycan ilə Ermənistan arasında buzlar tam əriyib?
21-01-2026, 10:50
Ali Məhkəmə estetik əməliyyatlarla bağlı vahid qərar verib
21-01-2026, 10:32
İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib - Fotolar

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər