Lukaşenko III Dünya Müharibəsinə hazırlaşır
Tarix: 21-02-2024 10:33 | Bölmə: Slayd
Lukaşenko III Dünya Müharibəsinə hazırlaşır

Üçüncü Dünya Müharibəsinin başlaması ilə bağlı qorxular haqlıdır. Belarus lideri Aleksandr Lukaşenko hesab edir ki, bu, baş verə bilər.

Reyting.az
“Newsweek”ə istinadla bildirir ki, Rusiyaya dəstək verən Belarus prezidenti qarşıdan gələn qarşıdurmaya “mümkün qədər” hazır olmaq planlarını gücləndirib.

“Dünya yenidən uçurumun astanasındadır. Biz riskləri və təhdidləri neytrallaşdırmağa mümkün qədər hazır olmalıyıq. Üçüncü Dünya Müharibəsi ilə bağlı narahat olmağa əsas var”, - Lukaşenko çərşənbə axşamı deyib.

Xatırladaq ki, Belarus Ukraynaya Rusiya ilə birlikdə döyüşmək üçün qoşun göndərməyib və atəşkəsin tərəfdarıdır, baxmayaraq ki, o, müntəzəm olaraq geosiyasətdə Kremlin xəttinə sadiqdir, xüsusən də Moskva ilə birgə hərbi təlimlər keçirir.

Lukaşenko deyib ki, Minsk kəşfiyyatı “barmağını nəbzində saxlayır” və iddia edir ki, NATO üzvü olan ölkələrdən 32 minə yaxın hərbçi “Belarus və Rusiyaya yaxın ərazidə” yerləşdirilib:

“Mən Şərqlə Qərbin sivilizasiyalararası qarşıdurmasının hazırkı mərhələsini belə xarakterizə etmək istərdim: maskalar tamamilə atılıb. Biz vəziyyətin nə qədər ciddi olduğunu etiraf etməliyik”.

Onun sözlərinə görə, “S-400” zenit sistemlərinin iki yeni diviziyası hazırda ölkə silahlı qüvvələrinin xidmətindədir, daha iki divizion isə “İsgəndər-M” raket kompleksləri ilə təchiz olunub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
24-07-2024, 08:16 Ayda suyun izi tapılıb

{sape_links}{sape_article}