18:26 / 03-06-2025
Baş nazir istefa verib
15:36 / 03-06-2025
Xankəndiyə dolu düşüb
İstanbulda Rusiya-Ukrayna danışıqları başlayır - Foto
Tarix: 02-06-2025 14:58 | Bölmə: Siyasət
İstanbulda Rusiya-Ukrayna danışıqları başlayır

Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında sülh danışıqları Çırağan sarayında baş tutacaq.

Reyting.az
xəbər verir ki, nümayəndə heyətləri gəlməmişdən əvvəl Çırağan sarayında yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Yerli və xarici mətbuat nümayəndələri səhər saatlarından Çırağan sarayına axın edib.



Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrindən əldə edilən məlumata görə, Türkiyə-Rusiya-Ukrayna nümayəndə heyətləri arasında görüşün Xarici işlər naziri Hakan Fidanın sədrliyi keçirilməsi planlaşdırılır.

Türkiyə xüsusi xidmətinə rəhbərlik edən İbrahim Kalının da toplantıya atılacağı gözlənilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır
27-05-2025, 08:35 Putin Trampı məyus edib