ABŞ-Türkiyə gərginliyi: Pentaqon Ankaranı "F-35"-dən çıxardı - Ankaradan ilk etiraz
Tarix: 18-07-2019 10:22 | Bölmə: Siyasət
ABŞ-Türkiyə gərginliyi: Pentaqon Ankaranı "F-35"-dən çıxardı - Ankaradan ilk etiraz

ABŞ Türkiyəni "F-35" proqramından uzaqlaşdırıb.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama yayıb.

Bildirilib ki, Türkiyənin Rusiyadan "S-400" raketləri alması belə bir addımın atılmasına səbəb olub: "Artıq Türkiyənin "F-35" proqramından çıxarılması prosesinə başladıq. Bundan qaçmaq üçün çox cəhdlər göstərdik. İşlərin bu nöqtəyə gəlməsindən kədərlənirik. Ancaq Türkiyəni F-35 proqramından çıxarma qərarımız sürpriz deyil. Türkiyə bu qərarından (S-400 raketlərinin alınması nəzərdə tutulur) dolayı iş imkanlarını və iqtisadi fürsətləri itirəcək".

Pentaqon onu da bildirib ki, Türkiyə ilə bağlı bu qərardan sonra "F-35" proqramı ilə bağlı 9 milyard dollarlıq bir itki olacaq.

Xatırladaq ki, bu açıqlamadan bir saat əvvəl Ağ Ev Türkiyənin "F-35" proqramından uzaqlaşdırılacağının siqnalını vermişdi.

Belə ki, Ağ Ev-dən verilən açıqlamada F-35 qırıcıları ilə bağlı Rusiya kəşfiyyatının gizli məlumatlar toplama ehtimalına diqqət çəkilib: "Bundan əlavə, onu da bildirmək istəyirik ki, ABŞ Türkiyəyə "Patriot" satmaq istəməklə yanaşı, Türkiyənin hava müdafiəsi ilə bağlı ehtiyacını qarşılamaq üçün çalışır. Münasibətlərimizin güclü olduğu tərəflər də var, hər şey "F-35"-lərlə bağlı deyil".

Türkiyə Xаrici İşlər Nаzirliyi ABŞ-ın qərarını ölkələr arasındakı ittifaqın ruhuna uyğun olmadığı haqda açıqlama verib.

Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın "S-400"lər üzrə birgə işçi qrupu formalaşdırmaqdan imtinası rəsmi Vaşinqtonun problemi vicdanla həll etmək istəmədiyini göstərir: "Türkiyə ABŞ-ı respublikanı F-35 proqramından çıxarılmasından imtina etməyə çağırır, bu, ikitərəfli münasibətlərə aradan qaldırıla bilməyən zərər vuracaq".

Nazirlik ABŞ-ın bu qərarını birtərəfli və qanunsuz adlandırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}