Quli soyadını dəyişdi - Polis “qanuni oğru”nu başqa soyadla axtarır
Tarix: 01-11-2019 21:12 | Bölmə: Slayd
Quli soyadını dəyişdi - Polis “qanuni oğru”nu başqa soyadla axtarır

Rusiyanın beynəlxalq axtarışa verdiyi “qanuni oğru” Quli Nadir İsmayılov kimi axtarılır.

Reyting.az
Rusiya KİV-nə istinadla xəbər verir ki, 47 yaşlı azərbaycanlı “qanuni oğru” yaxın zamana qədər Səlifov soyadını daşıyıb.

Oktyabrın 31-də məlum olub ki, ona qarşı Rusiya Cinayət Məcəlləsinin 210.1 (cinayət iyerarxiyasında yüksək mövqe tutmaq) maddəsi ilə cinayət işi qaldırılıb.

İstintaq məlumatına görə, Səlifov-İsmayılov 2009-cu ildən indiyə qədər Rusiyadan kənarda olsa da, nüfuzundan və cinayət aləminə təsir imkanlarından istifadə etməklə, özünü “qanuni oğru” saymaqla Moskvada və Rusiyanın digər regionlarında cinayətkar fəaliyyətin təşkili, rəhbərliyi və koordinasiyası ilə məşğul olub.

O, eyni zamanda 2017-ci ildən axtarışdadır və insan oğurluğunda, şantajda təqsirkar bilindiyindən Moskvanın Presnenski məhkəməsinin qərarı ilə qiyabi həbs olunub. İstintaq hesab edir ki, Quli Azərbaycanda həbsxanada otursa da, 2015-ci ildə Tolyattidə iş adamı Kamal Quliyevin oğurlanmasını təşkil edib. Oğrular onu “Olimp” idman kompleksinin yaxınlığındakı dayanacağa apararaq qohumlarından 10 milyon avro tələb ediblər. Kamal Quliyev Qulinin əlaltılarından biri Maqsud Qurbanovun sayəsində girovluqdan qaça bilib. Qurbanov sonradan çox əvvəll törədilən qətlə görə tutulub. Öz cəzasını yüngülləşdirmək üçün istintaqla sövdələşməyə gedib və iş adamının oğurlanması üçün göstərişi Səlifovun verdiyini söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}