23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İşsiz şəxslərin qeydiyyata alınmaları üçün rayonlar üzrə qrafik tutulub - Siyahı
Tarix: 07-04-2020 17:52 | Bölmə: İqtisadiyyat
İşsiz şəxslərin qeydiyyata alınmaları üçün rayonlar üzrə qrafik tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini açıqlayıb.

Reyting.az
ƏƏSMN-ə istinadla xəbər verir ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər.http://sosial.gov.az/post/3320

Bildirilib ki, aprelin 12-dən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.

İşsiz şəxslərin qeydiyyata alınmaları üçün rayonlar üzrə qrafik tutulub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}