14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İran Bəşər Əsədə xərclədiyi 30 milyardı geri tələb edir - Foto
Tarix: 30-05-2020 19:45 | Bölmə: Dünya
İran Bəşər Əsədə xərclədiyi 30 milyardı geri tələb edir

Suriya rejiminin lideri Bəşər Əsəd indiyə qədər İranın ona xərclədiyi pulları geri qaytarmalıdır.

Reyting.az
xəbər verir ki, bu tələblə İran parlamentinin Tehrandan olan deputatı Hesmatollah Flahatpişen çıxış edərək hökumətin Suriya siyasətini sərt tənqid edib.

“Etimad” qəzetinə müsahibəsində deputat indiyə qədər İranın Suriya lideri Bəşər Əsədin müdafiəsi üçün xərclədiyi pulların miqdarından danışıb.

Deputat qeyd edib ki, İran Əsəd iqtidarını qorumaq üçün Suriya kampaniyasına 20-30 milyard dollar xərcləyib. Onun sözlərinə görə, bu pullar İranın dörd tərəfi sanksiya altında olduğu bir zamanda Suriyaya xərclənib.

İran Bəşər Əsədə xərclədiyi 30 milyardı geri tələb edir

“Xərclənən pulları Suriyadan geri almalıyıq”, - deyən deputat əlavə edib ki, ölkənin pulu Suriyada xərclənib: “Əsəd bizim kassamızdan öz kassasına keçən pulu İrana geri qaytarmaq məcburiyyətindədir. Suriyada 9 ildir davam edən vətəndaş müharibəsi müddətində İran Əsəd rejimi üçün çox əhəmiyyətli müttəfiq oldu. Şiə milis döyüşçülərinin, “Hizbullah”ın silah və təchizatını İran İnqilab Keşikçiləri Korpusu həyata keçirib. İndi Suriya İran tərəfindən verilənləri geri qaytarmaq məcburiyyətindədir”.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}