Daha bir hərbçimiz şəhid oldu - Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladı
Tarix: 12-07-2020 23:54 | Bölmə: Slayd
Daha bir hərbçimiz şəhid oldu - Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladı

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz - əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Reyting.az




Bölməyə aid digər xəbərlər