Sovet İttifaqını bərpa etmək istəyənlər regionda gərginlik yaradır - Foto
Tarix: 30-07-2020 16:14 | Bölmə: Slayd
Sovet İttifaqını bərpa etmək istəyənlər regionda gərginlik yaradır

“Rusiya Ukrayna, Moldova, Gürcüstan və Azərbaycana təzyiqlərini davam etdirir. Hər halda baş verən proseslər bunu deməyə əsas verir. Sirr deyil ki, Rusiya Azərbaycana təzyiqləri Ermənistan vasitəsilə edir”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A. Mollazadə bildirib ki, Ermənistan müstəqil dövlət deyil və hərbi baza funksiyasını daşıyır: “Bunu dəfələrlə görmüşük, açıq ifadə edilir. Odur ki, Azərbaycana təzyiqlər məhz Ermənistan vasitəsilə baş verir. Son belə təzyiq Tovuz rayonu istiqamətində oldu və məqsəd ölkəmizin strateji layihələrini təhlükəyə atmaq idi”.

Sovet İttifaqını bərpa etmək istəyənlər regionda gərginlik yaradır
A. Mollazadə

Deputat qeyd edib ki, Azərbaycan Rusiya ilə normal tərəfdaşlıq münasibətləri qurmağa çalışır: “Azərbaycan Rusiya ilə iqtisadi, humanitar, mədəni sahədə əməkdaşlığa açıq ölkədir. Belə təzyiqlərin mövcudluğu əslində təzyiq edən tərəfi zəiflədir, onun imkanlarını məhdudlaşdırır. Azərbaycan yenə də öz qonşuları ilə normal əməkdaşlıq və tərəfdaşlıq siyasətini davam etdirməyə hazırdır”.

Azərbaycan-Rusiya münasibətlərində gərginləşmənin baş verəcəyi ilə bağlı iddialara gəldikdə, A. Mollazdə xatırladıb ki, Azərbaycan gərginlikdə maraqlı deyil və gərginliyə səbəb olacaq addımlar atmır:

“Təkrar edirəm, Azərbaycan əməkdaşlıq və tərəfdaşlığa açıqdır. Gərginliyin Sovet İttifaqını bərpa etmək istəyən qüvvələrdən gəlirsə, bu, əslində onları dünyanın gözündə daha çox zəiflədəcək və gələcəkdə cddi problemlər yaradacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}