Prezident üç ölkəyə səfir təyin edib
Tarix: 19-04-2021 13:42 | Bölmə: Slayd
Prezident üç ölkəyə səfir təyin edib

Prezident İlham Əliyev bu gün daha bir neçə sərəncam imzalayıb.

Reyting.az 
xəbər verir ki, sərəncama əsasən, Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Həmçinin Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}