Ticarət və ictimai iaşə qaydalarında dəyişiklik edilib - Qərar
Tarix: 20-04-2018 07:18 | Bölmə: Slayd
Ticarət və ictimai iaşə qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na dəyişiklik edib.

Bu barədə qərarı baş nazirin səlahiyyətlərini icra edən Artur Rasi-zadə imzalayıb.

“Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na edilmiş dəyişikliyə əsasən icraçı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək (tütün çəkilməsinin məhdudlaşdırılması, salona daxil olarkən üst geyiminin girişdə qarderoba təhvil verilməsi və s.) hüququna malikdir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}