Tacikistan Rusiyaya nota verib, vətəndaşlarına bu ölkəyə getməməyi tövsiyə edir
Tarix: 29-04-2024 18:20 | Bölmə: Dünya
Tacikistan Rusiyaya nota verib, vətəndaşlarına bu ölkəyə getməməyi tövsiyə edir

Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev Tacikistanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya Federasiyası ərazisində respublika vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı nota təqdim edilib.

Reyting.az
xəbər verir ki, notada Tacikistan Respublikasının vətəndaşlarına qarşı kəskin mənfi münasibətin kütləvi şəkildə təzahürləri ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Notanın mətnində yazılır ki, bu cür hərəkətlər müstəsna olaraq Tacikistan vətəndaşlarına şamil edilir və bu, Tacikistan-Rusiya münasibətlərinin ruhu və ənənələri ilə kökündən uyğun gəlmir.

Daha əvvəl Düşənbə minə yaxın Tacikistan vətəndaşının Moskva hava limanlarında ilişib qaldığını açıqlamışdı. Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya getməməyi tövsiyə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}