16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan hərbi qarşıdurma ilə bağlı müxtəlif ssenarilərə hazır olmalıdır
Tarix: 25-03-2023 20:54 | Bölmə: Slayd
Azərbaycan hərbi qarşıdurma ilə bağlı müxtəlif ssenarilərə hazır olmalıdır

"Suriyada son sutka ərzində baş verən ABŞ-İran qarşıdurması təhlükəni Azərbaycandan xeyli uzaqlaşdırır. Amma tam yox, çünki nə ABŞ, nə də İran indiki məqamda genişmiqyaslı savaşa maraqlı deyil".

“Reytinq”
qəzeti xəbər verir ki, bunu təhlükəsizlik eksperti Ərəstun Oruclu deyib.

Onun fikrincə, Suriyanın şimal-şərqində baş verən zərbə mübadiləsi sadəcə "nəbz yoxlamasıdır" və onun çox uzağa gedəcəyi inandırıcı görünmür: "ABŞ bölgədə hava zərbələrindən uzağa, İran isə ABŞ bazalarına cavab atəşi açmaqdan uzağa gedə bilməz.

Ümumiyyətlə, hər iki ölkənin Suriyada resursları məhdud olması səbəbindən həmin bölgədə genişmiqyaslı müharibə real deyil. Suriyadakından daha məhdud imkanlar da İraqdadır. Real ABŞ-İran qarşıdurması Fars körfəzində baş verə bilər.

Amma qeyd etdiyim kimi, tərəflərin heç biri hazırda bunda maraqlı deyil. Belə miqyaslı hərbi qarşıdurma yalnız iki halda baş verə bilər: tərəflərdən biri bunu istədikdə və ya "üçüncü tərəfin" çox uğurlu təxribatı nəticəsində. İkinci hal inandırıcı görünmür”.

Ə. Oruclu əlavə edib ki, Azərbaycan ən müxtəlif ssenarilərə hazır olmalıdır, çünki biz nə İranın, nə ABŞ-ın, nə də Rusiyanın Yaxın Şərqlə bağlı planları haqqında ətraflı bilgilərə malik deyilik.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}