İran və Ermənistan yeni müqavilələr imzalayıb
Tarix: 15-02-2024 16:16 | Bölmə: Xəbərlər / İqtisadiyyat
İran və Ermənistan yeni müqavilələr imzalayıb

Bu gün İran və Ermənistan arasında 19 anlaşma memorandumu imzalanıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, müqavilələr iqtisadiyyat sahəsi üzrə olub.

Məlumata görə, İran-Ermənistan müştərək iqtisadi komissiyasının 2 gün davam edən 18-ci iclası çərçivəsində imzalanan yeni anlaşmalar iki ölkə arasında ticarət dövriyyəsini artırmağa hədəflənib.

Müqavilələrin məzmunu barədə ətraflı məlumat verilməyib.

Qeyd edilib ki, imzalanma mərasimində Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və İranın Büdcə və Planlaşdırma Komitəsinin rəhbəri Davud Menzur da iştirak edib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}