Avropa ölkələri Putini təbrik etməyəcək
Tarix: 18-03-2024 16:12 | Bölmə: Xəbərlər
Avropa ölkələri Putini təbrik etməyəcək

Bəzi ölkələr Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı mövqelərini açıqlayıblar.

Reyting.az
-ın xəbərinə görə, Almaniya Xarici İşlər Nazirliyi elan edib ki, Ukraynanın işğal olunmuş ərazilərində keçirilən “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyil və beynəlxalq hüququn növbəti pozuntusudur.

Almaniya prezident Frank-Valter Ştaynmayer Vladimir Putinə seçkilərdəki qələbəsi münasibətilə təbrik məktubu göndərməyəcək.

Prezidentin mətbuat katibi Sersteen Qammelin deyib ki, “Putinə məktub olmayacaq”.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Rusiya Ukrayna ərazisində seçkilərin qeyri-qanuni keçirilməsinə, seçicilərin seçim imkanının və ATƏT-in müstəqil monitorinqinin olmamasına görə düzgün deyil.

Polşa Xarici İşlər Nazirliyi bəyan edib ki, Kremlin Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində seçkilərin keçirilməsi ilə bağlı qeyri-qanuni qərarı xüsusi qınağa layiqdir: “Polşa bu ərazilərdə keçirilən “seçkilərin” gedişini və nəticələrini tanımır və heç vaxt qəbul etməyəcək”.

Latviya prezidenti Edqars Rinkeviç isə mövqeyini qısaca ifadə edib: “Seçkilər... Hansı seçkilər?”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}