ABŞ bombardmançı təyyarələri Rusiyaya yaxınlaşıb
Tarix: 27-03-2024 10:18 | Bölmə: Xəbərlər
ABŞ bombardmançı təyyarələri Rusiyaya yaxınlaşıb

Rusiya Müdafiə Nazirliyi Barents dənizi üzərindən Rusiya sərhədlərinə yaxınlaşan 2 ABŞ B-1B strateji bombardmançı təyyarəsini dayandırdıqlarını açıqlayıb.

Reyting.az
xəbər verir ki, Rusiya MiQ-31-lərin havaya qalxdığını və bu cəhdin qarşısını aldığını bildirib.

Açıqlamada qeyd edilib ki, Rusiya qırıcı təyyarəsi ekipajı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir cüt B-1B strateji bombardmançı təyyarəsini Barents dənizi üzərində müəyyən edib: “Rusiya qırıcı təyyarəsi yaxınlaşdıqca, Amerika strateji bombardmançı təyyarələri uçuş marşrutlarını düzəldib, sonra geri qayıdıblar”.

Sərhəd pozuntusunun olmadığı bildirilən açıqlamada Rusiya döyüş təyyarəsinin sağ-salamat bazaya qayıtdığı da xatırladılıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}