Nazir universitetin Şəki filialına direktor təyin edib
Tarix: 27-03-2024 17:45 | Bölmə: Xəbərlər
Nazir universitetin Şəki filialına direktor təyin edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına yeni direktor təyin olunub.

Reyting.az
xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Vurğun Məmmədov bu vəzifəyə təyin edilib.

Xatırladaq ki, V. Məmmədov bu təyinata qədər ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}