13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Donald Tramp: Ukrayna müharibəni uduzub
Tarix: 18-10-2024 16:15 | Bölmə: Xəbərlər
Donald Tramp: Ukrayna müharibəni uduzub

“Ukrayna Rusiya ilə müharibədə uduzub, çünki onun əksər şəhərləri dağıdılıb və keçmiş ölkədən praktiki olaraq heç nə qalmayıb”.

Reyting.az
xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

Onun sözlərinə görə, Ukrayna, artıq həmin Ukrayna deyil, demək olar ki, hər şəhər yerlə-yeksan edilib.

Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski müharibənin başlamasına görə məsuliyyət daşıyır. “Bu, o demək deyil ki, ona kömək etmək istəmirəm, istəyirəm, çünki bu insanlara çox yazığım gəlir. Amma o, bu müharibənin başlamasına imkan verməməli idi...”, - Tramp əlavə edib.

O, həmçinin ABŞ-nın hazırkı prezidenti Co Baydeni Ukraynanı müharibəyə təhrikdə ittiham edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}