Çinin “sülh planı”nın arxasında başqa məqsəd gizlənir
Tarix: 16-10-2024 13:39 | Bölmə: Xəbərlər
Çinin “sülh planı”nın arxasında başqa məqsəd gizlənir

Çin Yaxın Şərqdə dialoqa çağırışlar və Ukrayna üçün öz sülh planının yaradılması fonunda Tayvana qarşı getdikcə aqressivləşir.

Reyting.az
xəbər verir ki, ekspertlərin qənaətincə, Çinin planının arxasında tamam başqa məqsəd dayanır - Pekin 2049-cu ilə qədər ABŞ-ı dünyanın ən güclü ölkəsi kimi əvəz etmək üçün Qərbin dominantlıq etdiyi dünya nizamına getdikcə daha çox meydan oxuyur.

Məsələn, Çin getdikcə beynəlxalq arenada sülh vasitəçisi kimi çıxış edir. Sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasında Çinin xarici işlər naziri Vanq Yi Ukrayna, Braziliya, İsveçrə və digər ölkələrin dəstəklədiyi “sülh təşəbbüsü” təqdim edib.

Ekspertlər Çinin sülh planını şərh edərkən deyiblər ki, sonuncu, Çinin neytral vasitəçi olmadığını göstərir: “Sənəddə Ukrayna prezidenti Vladimir Zelenskinin 10 bəndlik sülh planında nəzərdə tutulduğu kimi, Ukraynanın ərazi bütövlüyü və ya Rusiya qoşunlarının çıxarılması qeyd olunmur”.

Mütəxəssislər qeyd edirlər ki, Çin və Rusiya Federasiyasını təkcə iqtisadi əməkdaşlıq deyil, həm də “dərin dostluq” bağlayır. Onların sözlərinə görə, Tayvana qarşı getdikcə aqressiv davranış Çinin “sülh planı”nın etibarlılığını şübhə altına alır. Buna görə də Pekin sülh gətirmək üçün deyil, geosiyasətdə əsas oyunçu kimi mövqeyini genişləndirməkdən ötrü özünü vasitəçi kimi təqdim edir.

Bildirilir ki, Pekin NATO və ya BMT kimi ənənəvi təşkilatları və buna görə də Qərbin hakimiyyət iddialarını sarsıtmağa hesablanmış yeni beynəlxalq təsisatların yaradılmasının aparıcı qüvvəsidir. Cənubi Afrikada keçirilən BRİKS sammitində Çin və Rusiya digər üzvlərlə birlikdə məhz bunu müdafiə ediblər və alyansın daha altı qeyri-Qərb ölkəsini əhatə etməsi üçün genişlənməsinə təkan verilib.

Honq Konqdan olan professoru Steve Tsanq deyib: “Liberal beynəlxalq nizam əsasən, dünyanın qeyri-demokratik hissələri tərəfindən İkinci Dünya Müharibəsinin mirası kimi qəbul edilir. Bu, Qərb tərəfindən, Qərb üçün yaradılıb və Qərb tərəfindən idarə olunur”.

Qeyd edək ki, Çin Tayvan yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Rəsmilər bunun “Tayvanın müstəqilliyinə can atan separatçı qüvvələrə sərt xəbərdarlıq olduğunu” deyirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}