Yeni kəşf kainatla bağlı təsəvvürləri dəyişəcək - Foto
Tarix: 17-10-2024 13:57 | Bölmə: Xəbərlər
Yeni kəşf kainatla bağlı təsəvvürləri dəyişəcək

Samanyoluna bənzər qalaktikanın kəşfi kainatın necə təkamül etdiyinə dair nəzəriyyələri şübhə altına alır. Bu, kainat haqqında bildiyimiz hər şeyi dəyişdirə bilər.

Reyting.az
xəbər verir ki, tədqiqatçılar, planetimizi əhatə edən Samanyolu qalaktikasına çox oxşar xüsusiyyətlərə malik uzaq disk qalaktikası kəşf ediblər. Ekspertlər bunun qalaktikaların necə əmələ gəldiyini anlama tərzimizi dəyişdirə biləcəyini deyirlər.

REBELS-25 adlanan bu qalaktika, yaşı ilə bağlı mövcud elmi məlumatlarla daha müntəzəmdir. REBELS-25 Samanyolundan daha gənc olsa da, qalaktikamızın fırlanan xüsusiyyətlərini və quruluşunu paylaşır. O, nizamsız və xaotik görünən digər erkən qalaktikalardan fərqli olaraq çox nizamlı görünür.

Araşdırma aparan Leiden Universitetindən “The Atacama Large Millimeter/submillimeter Array” (ALMA) tədqiqatının həmmüəllifi Jacqueline Hodqe deyib ki, Qalaktikaların formalaşması anlayışımıza əsasən, biz erkən qalaktikaların əksəriyyətinin kiçik və səpələnmiş görünməsini gözləyirik: “Amma müəyyən edilib ki, erkən qalaktikalar yavaş-yavaş birləşməyə və daha nizamlı formalar inkişaf etdirməyə meyllidirlər”.
Alim vurğulayıb ki, Süd Yolunun nizamlı strukturların inkişafı üçün milyardlarla il lazımdır.



Bildirilir ki, REBELS-25-dən Yerə çatan işıq kainatın yaranmasından cəmi 700 milyon il sonra yayılıb. Mütəxəssislərin fikrincə, qalaktikanın mütəşəkkil olması üçün bu, çox qısa müddətdir.

Tədqiqatın müəlliflərindən biri olan Lucie Rovland deyib: “Süd Yolu ilə çox oxşar olan və güclü dairəvi quruluşa malik qalaktikanın görülməsi, ilk kainatdakı qalaktikaların çevrilmə sürəti ilə bağlı anlayışımızı şübhə altına alır”.

Onun sözlərinə görə, tədqiqat qrupu, həmçinin spiral qollar kimi daha təkmil xüsusiyyətlərə dair göstərişlər tapıb və onların həqiqətən mövcud olub-olmadığını təsdiqləmək üçün əlavə müşahidələr aparmağı planlaşdırır: “Bu, ən uzaq qalaktika olacaq. İndiyə qədər müşahidə edilənlərdən çox daha həyəcanverici kəşfdir”.

Leicester Universitetinin astrofizika professoru Endryu Bleyn CNN-ə deyib ki, əsl sual hər qalaktikanın belə bir mərhələdən keçib-keçməməsidir və əgər belə olarsa, ümumi bildiyimiz bütün modelləşdirmə işləri yenidən aparılacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}