13:01 / 18-10-2024
Sabah yağış yağacaq
"Kölgə" donanması suları çirkləndirir
Tarix: 18-10-2024 12:36 | Bölmə: Xəbərlər
"Kölgə" donanması suları çirkləndirir

Rusiyanın sanksiyalardan yayınmaqla neft daşıyan "kölgə" donanmasının tankerləri dünya sularında çirkli dağılmalara səbəb olur və neft ləkələri buraxır.

Reyting.az
xəbər verir ki, bunu "Politico" nəşri yazıb.

Bildirilir ki, Rusiyanın "kölgə" donanması 2021-ci ildən bəri ən azı doqquz dəfə neft və neft məhsullarını sulara dağıdıb.

Nəşr bununla bağlı "Lloyd's List" analitik şirkətinin peyk şəkillərini və göndərilən məlumatlarını öyrənəndən sonra jurnalist qrupu ilə birgə araşdırma məqsədi ilə ən nüfuzlu nəşrlərdən biri "SourceMaterial" qeyri-kommersiya mətbu orqanı ilə geniş əməkdaşlıq etməyə qərar verib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Kpler əmtəə platforması da bu faktları təsdiqləyir.

"Politico" yazır ki, mart ayında daha bir hadisə qeydə alınıb. Belə məlum olub ki, Şotlandiya sahillərindən 100 kilometr aralıda, "Innova" tankerinin keçdiyi ərazidəki ləkə mart ayında buradan ötən Rusiyanın qaçaq gəmisindən sızmış neft məhluludur. Lakin belə bir faktın ortalığa çıxması Britaniya Sahil Mühafizəsinə qətiyyən təsir etməyib və onlar bu faktla bağlı əlavə araşdırma aparmaq üçün heç bir tədbir görməyiblər. Baş verən hadisə ilə bağlı açıqlama verən Britaniya Sahil Mühafizəsinin nümayəndəsi "Politico"-ya bildirib ki, Rusiya tankerinin belə ciddi səhv hərəkətinə dair kifayət qədər sübut yoxdur.

Fevral ayında daha belə bir hadisə İtaliya sahillərində baş verib. Lakin gizli neft daşıyan və yükünü sulara dağıdan "kölgə" donanmasının tankeri bu dəfə də cəzasız qalıb.

Məlumata görə, neft ləkəsi və dağılmalar artıq hər yerdə tapılıb - Tailanddan Vyetnama, İtaliyadan Böyük Britaniya və Meksikaya qədər.

Rusiyanın "kölgə" donanmasının marşrutları barədə təhlili göstərir ki, qaçaq gəmilər Amerika Birləşmiş Ştatlarının qərb sahilləri boyu, eləcə də Aralıq dənizi, həmçinin La-Manş boğazından keçməklə, Çin sahillərindən keçir. Bu proseslər yalnız transponderləri işə salındıqda, yəni üzdükdə olur. Təqdim edilmiş bir çox peyk görüntülərini təqdid edən "SkyTruth" analitiklərinin fikrincə, dənizlərdə və okeanlarda aşkar olunmuş 9 ləkə problemin yalnız kiçik bir hissəsidir.

Enerji və Təmiz Hava Tədqiqatları üzrə Analitik Mərkəzin (CREA) eksperti İsaak Levi deyib ki, Rusiyanın ətraf mühitə vurduğu ziyanla yanaşı, belə məhlulların dağılması sulara, eləcə də quru sahələrə yayılan ləkələr sahilyanı dövlətlərə böyük təsir göstərir. O da məlumdur ki, Rusiya bir ölkə olaraq bu ziyanverici fəaliyyətinə görə məsuliyyət daşımaq niyyətində deyil və məhz elə buna görə zərərçəkmiş dövlətlərin hamısı təmizlənmə xərclərini öz üzərinə götürməli olacaqlar.

Xatırladaq ki, 2022-ci ilin dekabr ayının əvvəlində Qərb dövlətləri G7 ölkələri, həmçinin Avropa İttifaqının şirkətləri ilə anlaşmışdılar. Yekun qərarda bildirilirdi ki, Ukraynanı ilhaq edən ölkəyə qarşı sərt sanksiyaların qüvvəyə minməsi səbəbindən Rusiyadan bir barel üçün 60 dollardan çox qiymətə alınan neftin daşınması və sığortalanması qadağan edilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}