Fransa Ukraynaya yardım vədini yerinə yetirə bilməyəcək
Tarix: 16-10-2024 11:20 | Bölmə: Xəbərlər
Fransa Ukraynaya yardım vədini yerinə yetirə bilməyəcək

“Fransa bu il Ukraynaya 3 milyard avroya qədər hərbi yardım göstərmək öhdəliyini yerinə yetirməyəcək. Yalnız “2 milyard avrodan çox” yardım edə biləcək”.

Reyting.az
xəbər verir ki, bunu ölkənin müdafiə naziri Sebastian Lekornu qanunvericilərə deyib.

“2024-cü ilin əvvəlində bu yardımın 3 milyard avroya çatacağına dair siyasi qərar verildi. Əslində biz, 2 milyard avronu keçəcəyik, amma bu, 3 milyard avroya çatmayacaq”, - nazir qeyd edib.

Fransa prezidenti Emmanuel Macron bu ilin əvvəlində Ukraynaya maksimum 3 milyard avro göndərəcəyini vəd edib.

Qeyd olunur ki, Fransa indi 2024-cü ildə ÜDM-nin 6 faizinə çata biləcək kəsirini azaltmaq üçün təzyiq altındadır.

Gələn il Fransanın müdafiə büdcəsinin 50,5 milyard avroya çatacağı gözlənilir ki, bu da artırılacaq bir neçə büdcə bəndindən biridir. Lakin müdafiə naziri bildirib ki, Silahlı Qüvvələr Departamenti NATO-nun Estoniya və Rumıniyaya yerləşdirilməsi ilə bağlı gözlənilməz hadisələr və ya Ukraynaya yardım üçün ilin sonunda əlavə vəsait tələb etməyi dayandıracaq.

“Ukraynaya 300 milyon avroluq yardım dondurulmuş Rusiya aktivlərinin faizindən gəlir və 155 mm-lik artilleriya sursatları, “Sezar” özüyeriyən haubitsaları və yanacaq almaq üçün istifadə olunacaq”,- deyə Lekornu əlavə edib.

Ümumilikdə, Paris Kiyevə 2022-ci ildə 1,7 milyard avro, 2023-cü ildə isə 2,1 milyard avro məbləğində hərbi yardım verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}