Fələstinə görə “Amazon”u boykot ediblər
Tarix: 17-10-2024 08:56 | Bölmə: Xəbərlər
Fələstinə görə “Amazon”u boykot ediblər

“Amazon”un meneceri Ruba Bornonun taxdığı Fələstin boyunbağısından sonra yəhudilər ticarət şirkətini boykot etməyə başlayıb.

Reyting.az
xəbər verir ki, dünyaca məşhur onlayn ticarət şirkəti “Amazon” tərəfindən yayımlanan videodan sonra müzakirələr daha da qızışıb.

Qeyd edək ki, sözügedən videoda şirkətin meneceri Ruba Borno 1946-cı il Fələstin xəritəsi şəklində boyunbağı taxıb. İsrailin hücumlarına məruz qalan fələstinlilərə dəstək verən və hücumlara etiraz edən Bornonun boyunbağısı millətçi israilləri qəzəbləndirib.

Hadisədən sonra minlərlə israillinin “Amazon” üzvlüyünə son qoyduğu və şirkəti boykot etməyə çağırdığı öyrənilib.

Bundan sonra açıqlama verən “Amazon” şirkəti videonun silindiyini bildirib.

“Video siyasi bəyanat məqsədi daşımayıb. Ancaq videonu sildik və yaxın günlərdə yenisini yayımlayacağıq”, - şirkətin sözçüsü deyib.

Fələstində anadan olan Borno 1990-cı ildə Birinci Körfəz müharibəsi zamanı ailəsi ilə birlikdə Küveytə sığınıb. Bornonun ailəsi daha sonra ABŞ-a mühacirət edib. Borno orada Şimali Karolina Universitetində və Miçiqan Universitetində elektrik mühəndisliyi üzrə qabaqcıl dərəcələr qazanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}