13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Rusiyanın itkiləri: 675 min hərbçi, 9 mindən çox tank…
Tarix: 18-10-2024 12:55 | Bölmə: Xəbərlər
Rusiyanın itkiləri: 675 min hərbçi, 9 mindən çox tank…

Ukrayna Müdafiə Qüvvələri son 24 saat ərzində Rusiya ordusunun 13 tankını və 51 zirehli döyüş maşını məhv edib. Bundan başqa, son bir gün ərzində Ukraynada 1530-a yaxın rus hərbçisi öldürülüb.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir.

Məlumata görə, tammiqyaslı müharibə başlayandan bəri Rusiya 675,8 min nəfər hərbçisini itirib.

Bundan əlavə, Baş Qərargahın son məlumatına görə, Rusiya ordusunun Ukraynada 9027 ədəd tankı, 18053 ədəd zirehli döyüş maşını, 19533 ədəd artilleriya sistemi, 978 ədəd hava hücumundan müdafiə sistemi, 369 ədəd təyyarəsi, 329 ədəd helikopteri, 2620 ədəd qanadlı raketi, 28 ədəd gəmi və qyığı, 1 ədəd sualtı qayığı məhv edilib.

Onu da qeyd edək ki, ciddi itkilərə baxmayaraq, rus ordusu Donbassda irəliləyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}