Rusiya 136 PUA ilə hücuma keçib
Tarix: 16-10-2024 10:46 | Bölmə: Xəbərlər
Rusiya 136 PUA ilə hücuma keçib

Bu gecə Rusiya Donetsk vilayətinə “S-300” və “S-400” zenit raketi, Çerniqov vilayətinə qarşı “X-59” idarə olunan hava raketi, həmçinin 136 pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Reyting.az
xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin bu saata olan məlumatına görə, Sumı, Çerkassı, Kirovoqrad, Ternopil, Xerson, Xarkov, Jitomir, Donetsk, Dnepropetrovskda Rusiyanın 51 PUA-sı vurulub.

Eyni zamanda Nikolayev, Kiyev, Poltava, Çerinkovski bölgələrində PUA-lar məhv edilib.

“Bundan əlavə, elektron müharibəyə qarşı fəal mübarizə nəticəsində Ukraynanın müxtəlif bölgələrində 60 dron vurulub, hazırda 20-dən çox PUA hələ də Ukrayna hava məkanındadır. Döyüş işləri davam edir”, - Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında bildirilir.

Hərbi Hava Qüvvələri Rusiyanın iki PUA-sının geri qayıtdığını da qeyd edib.

Bildirilir ki, indi Rusiya İrandan aldığı “Şahed-136” tipli hücum pilotsuz təyyarələrini modernləşdirib. Hazırda bu dronlar daha yüksək hündürlükdən uça bilir və daha yüksək sürətə malikdir.

Analitik və aviasiya eksperti Konstantin Krivolap deyib ki, Ukrayna müdafiə qüvvələri düşmənin daha çox intiharçı tipli pilotsuz təyyarələr buraxacağına və onları vurmağın daha çətin olacağına hazır olmalıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}