20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Mərkəzi Bankda yeni Komitə yaradılıb
Tarix: 12-08-2022 17:30 | Bölmə: Xəbərlər / İqtisadiyyat
Mərkəzi Bankda yeni Komitə yaradılıb

Azərbaycan Mərkəzi Bankında (AMB) Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi yaradılıb.

Reyting.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, yeni Komitə indiyə qədər mövcud olmuş Pul Siyasəti və Maliyyə Sabitliyi komitələrinin birləşdirilməsi yolu ilə təşkil olunub:

"Komitə pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mərkəzi bankın struktur bölmələrinin operativ fəaliyyətinin tənzimlənməsini və koordinasiyasını təmin edən kollegial orqandır. Komitənin iclaslarında pul və məzənnə siyasətinin əməliyyat çərçivəsi, pul siyasəti alətlərinin parametrləri, maliyyə sabitliyi üzrə risklərin dərin, hərtərəfli diaqnostikası əsasında makro ve mikro-prudensial siyasət, baş verməsi ehtimal olunan böhran situasiyalarının idarə olunması və tənzimlənməsi üzrə qərarlar üzrə təkliflərə dair İdarə Heyətinə tövsiyələr verilir, onun səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla müvafiq qərarlar qəbul edilir.

Komitəyə AMB-nin sədri rəhbərlik edir. Onun üzvləri qurumun pul, məzənnə və maliyyə sabitliyi siyasətinin işlənməsi və həyata keçirilməsində bilavasitə iştirak edən blokların rəhbərləridir".




Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər