Azərbaycan Qarabağdakı ermənilərlə dialoq aparır
Tarix: 17-03-2023 13:46 | Bölmə: Xəbərlər
Azərbaycan Qarabağdakı ermənilərlə dialoq aparır

“Artıq Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində addımlar atmaqdadır”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Naziriyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib.

A. Hacızadə bildirib ki, Ermənistan tərəfi dialoq təklifinin əksinə gedib, Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib: "Bu isə Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir. Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}