08:53 / 22-10-2025
Beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır
08:28 / 22-10-2025
Vens: Türkiyə Qəzzada atəşkəsdə konstruktiv rol oynayır
08:18 / 22-10-2025
Litva Belarusla sərhəd-keçid məntəqələrini bağlayıb
08:14 / 22-10-2025
Sikorskinin Putini hədələməsi ağılsızlıqdır
08:09 / 22-10-2025
ABŞ Rusiyanı zəiflətməyin yeni üsulunu tapıb
07:58 / 22-10-2025
Ərdoğan Qətərə səfər edib
07:43 / 22-10-2025
Çin eyni anda 15 947 dron qaldırıb - Video
07:34 / 22-10-2025
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
07:16 / 22-10-2025
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

13:12 / 21-10-2025

Tarixçi professorun yanlışı
Tarix: 07-12-2018 22:48 | Bölmə: Seymur BAYCAN

Milli Şuranın sədri, tarixçi-professor Cəmil Həsənli Azərbaycan ziyalılarına müraciət edərək, onları ölkənin üzləşdiyi indiki ağır vəziyyətə səslərini ucaltmağa, dövlətin və xalqın gələcəyi üçün məsuliyyət hissi göstərməyə çağırıb. Siyasiləşmiş və aktiv vətəndaşlar çox güman ki, müraciətin məzmunu ilə artıq tanışdırlar. Bu müraciəti oxuyanda yadıma illər əvvəl baş vermiş bir əhvalat düşdü.
Balaca avtobusla rayonlardan birinə tədbirə gedirdik. Avtobusda vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, media ekspertləri oturmuşdular. Kimisi qabaqda, kimisi ortada, kimisi də arxada. Avtobusun pəncərəsindən dəyişən mənzərələrə baxırdım. Tomas Mann demişkən, rahatca oturub mənzərələrə tamaşa elədiyin yerdə bədənin irəliləməsi gözəldir. Amma mərdimazarın biri bu gözəllikdən, rahatca otrurub dəyişən mənzərələrə tamaşa elədiyim yerdə bədənimin irəliləməsindən həzz almağa imkan vermədi. Bu mərdimazar Yazıçılar Birliyi haqda yazdıqlarıma etirazını bildirərək Birliyin normal təşkilat olmasından, heç bir zərər törətmədiyindən, hətta bəzən xeyir verməsindən də danışmağa başladı. Əvvəlcə mərdimazarın danışdıqlarına reaksiya vermədim. Sonra zəiflik göstərərək mübahisəyə başladım. Müstəsna bir həyasızlıqla qarşılaşmışdım və bu həyasızlığa dözmək çətin idi.
Mübahisə xeyli uzandı. Mübahisə uzandıqca, qarşı tərəfin həyasızlığı da artırdı. Qarşı tərəfin həyasızlığı artdıqca, özümə nəzarəti itirir, daha çox əsəbləşirdim. Kobud ifadə işlədəcəyimdən qorxurdum. Yaxşı ki, avtobus yol kənarında yerləşən restoranlardan birinin qarşısında dayandı. Burada kəmərin altını bərkitməli idik.
Avtobusdan yerə düşəndə müdrik, həyat təcrübəsi zəngin olan bir insan məni kənara çəkib dedi:
- Sənin işin-gücün yoxdur? Niyə özünü yorursan? Sənin mübahisə etməyin bilirsən, nəyə bənzəyir? Sənin mübahisə etməyin ona bənzəyir ki, elə bil girmisən balıq dükanına, satıcıdan paltar sabunu istəyirsən. Satıcı deyir, burada paltar sabunu yoxdur, sən də yapışmısan onun yaxasından ki, niyə səndə paltar sabunu yoxdur? Günah səndədir ki, balıq dükanının satıcısından paltar sabunu istəyirsən...
Həqiqətən də, həyat təcrübəsi, müdriklik başqa şeydir. Mənasız bir mübahisəyə girişdiyimi, boş yerə enerji itirdiyimi, boş yerə əsəblərimi korladığımı adam çox sadə dildə, ikicə dəqiqəyə mənə izah etdi. Bu sadə izah, yerində deyilmiş dəqiq sözlər sonralar bəndənizi xeyli mənasız mübahisələrdən xilas edə bildi.
İndi bu əhvalatı yazmaqla demək istəmirəm ki, Cəmil Həsənlinin ziyalılara müraciəti onun balıq dükanının satıcısından paltar sabunu istəməsinə bənzəyir. Xeyr, sadəcə, bilmək istəyirəm ki, görəsən, bir tarixçi–professor, Stalinin yaratdığı, tarixi başdan-ayağa ləkəli bir təşkilatın üzvü ola-ola, bu təşkilatın sədri postunda 25 il oturan, oranı şəxsi obyekti kimi idarə edən, atası Lenin poeması yazmış adamı “dostum” adlandıra-adlandıra bu pafoslu müraciəti necə, hansı üzlə, hansı ovqatla yazıb? Axı, sadə insanlar bilməsə də, Cəmil Həsənli bu təşkilatın niyə, nə üçün, hansı səbəblərdən yarandığını, bu təşkilatın hansı missiyaları yerinə yetirdiyini yaxşı bilir. Bilmirsə, deməli, adamın tarixdən xəbəri yoxdur. Yox, əgər bilə-bilə həmin təşkilatın üzvü olaraq qalırsa, deməli, problem onun təbiətindədir. Məsələnin bu cür qoyuluşu ilə razılaşmayan adam zəhmət çəkib izah etsin görək, Cəmil Həsənlinin Yazıçılar Birliyində nə işi var? Orada nə edir? Niyə o təşkilatda qalmaq Cəmil Həsənli üçün bu qədər vacibdir? Nədir bunun adı? Hikkə? İnadkarlıq? Yazıçılar Birliyinin üzvü olaraq qalmaq Cəmil Həsənliyə hansı dividentləri gətirir? Bir tarixçi professor Stalinin yaratdığı təşkilatın üzvüdürsə, üstəlik, həmin təşkilatı şəxsi obyekti kimi 25 il idarə edən adamı “dostum” adlandırırsa, onun siyasi mübarizəsinin bir əhəmiyyəti varmı? Monarxiyadan danışıb bir təşkilatda monarxiyanı müdaifə etmək nə deməkdir?
Bütün bunlardan sonra daha aktual bir sual ortaya çıxır; görəsən, Cəmil Həsənli müraciəti kimlərə ünvanlayıb? Anar Rzayevə? Fikrət Qocaya? Yoxsa Çingiz Abdullayevə? Bəlkə, Alim Qasımova?
Görəsən, ziyalı dedikdə Cəmil Həsənli kimləri nəzərdə tutur? Stalinin yaratdığı, tarixi başdan-ayağa ləkəli bir təşkilatın üzvü olan tarixçi hansı üzlə ziyalılara müraciət edir? Axı, Cəmil Həsənlinin üzvü olduğu Yazıçılar Birliyinin rəhbərliyində təmsil olunan adamlar dəfələrlə hakimiyyəti dəstəklədiklərini müxtəlif formalarda bəyan ediblər. Nə istəyirsiniz bu adamlardan? Adamlar daha neçə dəfə öz mövqelərini bildirməlidirlər? Bu acizliyin, bu köləliyin bir sonu olacaqmı? Bəlkə, Cəmil müəllim bu adamların həssas nöqtələrinə toxunub onların bir gün haqq sözü deyəcəklərinə ümid edir. Cəmil müəllimin belə bir ümidi varsa, bu ümidin mənbəyinin adı nədir, haradan qaynaqlanır?
Əvvəla, bu adamların sarı simi, həssas nöqtələri yoxdur. Onların sarı simi puldur, fəxri adlardır, vəzifədir. Qalan heç nə, heç bir müraciət, heç bir söz bu adamları tərpədə bilməz. Tarixin gəlib getmiş ən güclü natiqləri, ən güclü filosofları, ən güclü yazıçıları dirilsə belə, Anar Rzayevi, Fikrət Qocanı və bu qəbildən olan digər adamları “yoldan çıxara” bilməzlər. Onlar çox yaxşı bilirlər ki, medalsız, fəxri adlarsız, vəzifəsiz, mandatsız ziyalının azərbaycanlıların arasında qara qəpik qədər qiyməti yoxdur. Onlar təcrübəli adamlardır, lazım gələndə, vəziyyət dəyişəndə özləri tərpənəcəklər və sudan quru çıxacaqlar.(Kultura.az)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır