Vergilər Nazirliyində kadr dəyişikliyi oldu – Təyinatlar
Tarix: 26-02-2016 14:31 | Bölmə: Cəmiyyət / Xəbərlər


Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Reyting.az Report-a istinadən xəbər verir ki, Vergilər naziri Fazil Məmmədovun əmri ilə nazirin Büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov Nazirlik yanında Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Nazirini digər əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsindən azad edilərək, Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin olunub.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}