Pedaqoji Kollecdə monitorinq keçirilib - Foto
Tarix: 23-06-2017 12:38 | Bölmə: Cəmiyyət / Xəbərlər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) monitorinq keçirilib.

ADPU-nun İctimai Şura üzvlərinin iştirakı ilə iyunun 22-də reallaşan monitorinq 2016-2017-ci tədris ilinin yaz semestr imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı olub.

Monitorinq zamanı İctimai Şura üzvləri kollecdə təşkil olunan imtahanların gedişini izləyib, imtahanların keçirildiyi auditoriyalara baxıblar.

Monitorinqdən öncə ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov İctimai Şuranın üzvləri iləgörüşüb. Kollecdəki tədris prosesindən danışan Q.Novruzov imtahanların təşkilində, keçirilməsində və qiymətləndirməsində yeni mexanizmin tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, məqsəd imtahanların şəffaf və obyektiv keçirilməsini təmin etmək, eyni zamanda təhsilalanların bilik və bacarıqlarını dəqiq müəyyənləşdirməkdir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}