Nazirliklər boş vəzifələrə işçi axtarır - Siyahı
Tarix: 11-01-2018 15:40 | Bölmə: Cəmiyyət / Xəbərlər
Nazirliklər boş vəzifələrə işçi axtarır

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant 1145 icraçı (mütəxəssis) vəzifəsinə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 9 fevral 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Ən çox vakansiya aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

- Kənd Təsərrüfatı Nazirliyi (451 vakant vəzifə): BA3 altqrupu üzrə - 21, BA4 altqrupu üzrə - 4, BB1 altqrupu üzrə - 27, BB2 altqrupu üzrə - 5, BB3 altqrupu üzrə - 295, BB4 altqrupu üzrə - 99;

- Əmlak Məsələləri Dövlət Komitəsi (140 vakant vəzifə): BA3 altqrupu üzrə - 2, BA4 altqrupu üzrə -15, BB1 altqrupu üzrə - 11, BB2 altqrupu üzrə - 18, BB3 altqrupu üzrə - 21, BB4 altqrupu üzrə - 73;

- Dövlət Statistika Komitəsi (78 vakant vəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 9, BB2 altqrupu üzrə - 42, BB3 altqrupu üzrə - 8, BB4 altqrupu üzrə - 18;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 vakant vəzifə): BA4 altqrupu üzrə - 6, BB2 altqrupu üzrə - 4, BB4 altqrupu üzrə - 65;

- Mədəniyyət və Turizm Nazirliyi (54 vakant vəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 3, BB1 altqrupu üzrə - 3, BB2 altqrupu üzrə - 1, BB3 altqrupu üzrə - 17, BB4 altqrupu üzrə - 29;

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (32 vakant vəzifə): BB3 altqrupu üzrə - 11, BB4 altqrupu üzrə - 21.


Müsahibəyə çıxarılmış vakant vəzifələrin tutulması üzrə iş stajına dair tələblər “Ümumi şərtlər”ə uyğun olaraq aşağıda göstərilən qaydada müəyyən edilmişdir:

İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

BA3 vəzifə altqrupu üzrə:

baş mühasib - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı;

baş məsləhətçi - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;

böyük məsləhətçi - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;


BA4 vəzifə altqrupu üzrə:

aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

BB1 vəzifə altqrupu üzrə :

baş mühasib- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;

baş məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

böyük məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;

BB2 vəzifə altqrupu üzrə:

aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

BB3 vəzifə altqrupu üzrə:

baş mühasib, baş məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;

böyük məsləhətçi - tələb müəyyən edilmir;

BB4 vəzifə altqrupu üzrə:

aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

- struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

- vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}