Orta məktəbdə dava olub, bıçaqlanan var
Tarix: 28-03-2018 07:14 | Bölmə: Cəmiyyət / Xəbərlər
Orta məktəbdə dava olub, bıçaqlanan var

Ötən gün günorta saatlarında paytaxtın Nizami rayonundakı Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə dava olub.

Reyting.az
saytı Report-a istinadla xəbər verir ki, məktəbdə təhsil alan iki məktəbli arasında baş verən dava zamanı 2005-ci il təvəllüdlü Məmmədov Əli Gündüz oğlu üz nahiyəsindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}