17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
13:45 / 18-03-2019
Sağ olun, cənab Prezident!
00:22 / 18-03-2019
Ruhumuzu necə xilas etməli?
Merkel Ərdoğanı təmkinli olmağa çağırıb
Tarix: 30-12-2018 19:04 | Bölmə: Dünya / Xəbər lenti
Merkel Ərdoğanı təmkinli olmağa çağırıb

Almaniya kansleri Angela Merkel bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti edib. Danışıqlar zamanı Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

Bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martina Fits deyib.

"Kansler Türkiyənin, xüsusilə Suriya qaçqınlarının qəbulu məsələsində rolunu qeyd edib və ümid etdiyini bildirib ki, Türkiyə Amerika qoşunlarının Suriyadan çıxarılmasına təmkinini qoruyaraq və məsuliyyət dərk edərək reaksiya verəcək", - deyə o, bildirib.

Merkel, həmçinin qeyd edib ki, İŞİD terror təşkilatı hələ də, əhəmiyyətli dərəcədə təhlükəlidir.(Report)
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
11-03-2019, 15:00 Paşinyan Qarabağa gəlib

{sape_links}{sape_article}