Böyük güclər İranla bağlı qərar verdi
Tarix: 18-01-2016 19:26 | Bölmə: Dünya / Xəbərlər


ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama müvafiq fərman imzalayıb. "Mən müəyyən etdim ki, Birgə Hərtərəfli Tədbirlər Planının nəzərdə tutduğu addımların İran tərəfindən icra olunması İranın nüvə proqramı ilə bağlı vəziyyəti əsaslı şəkildə dəyişib. ABŞ-ın sanksiyalara dair üzərinə götürdüyü öhdəliklərlə əlaqədar mən sanksiyalarla bağlı fərmanları geri çağırıram”.

Avropa İttifaqı da, öz növbəsində, İran üzərindən iqtisadi və maliyyə sanksiyalarının götürüldüyünü təsdiqləyib. Bununla bağı yazılı prosedur artıq başa çatıb. Məlumata görə, İran üzərindən bütün sanksiyaların götürülməsi barədə əvvəl razılaşdırılmış normativ çərçivələrin təsdiqlənməsi üçün bu prosedura bir neçə gün əvvəl start verilib.


"Yanvarın 16-dan etibarən İranın nüvə proqramına dair sazişin implementasiyasına başlanılıb. Nüvə proqramı ilə əlaqədar İrana tətbiq edilən çoxtərəfli və milli iqtisadi sanksiyalar ləğv edilib”,- deyə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Vyanada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}