ABŞ prezidenti: “Türkiyə vazkeçilməz müttəfiqdir”
Tarix: 28-10-2017 13:58 | Bölmə: Dünya / Xəbərlər
ABŞ prezidenti: “Türkiyə vazkeçilməz  müttəfiqdir”

ABŞ prezidenti Donald Tramp Türkiyənin 29 oktyabr – Cümhuriyyət bayramı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

“Hürriyet”in xəbərinə görə, məktubu ABŞ dövlət katibinin müavini Tomas Şennon Türkiyənin Vaşinqtondakı səfirliyinin təşkil etdiyi bayram ziyafəti zamanı çıxışında oxuyub.

Məktubda deyilir:

“Türkiyə Cümhuriyyətinin qurulmasının 94-cü ildönümü münasibətilə Amerika xalqının sizə və bütün türk xalqına ən xoş diləklərini çatdırıram. 60 ildən çoxdur ki, yaxın NATO müttəfiqi olaraq ölkələrimiz bir çox qlobal və regional problem qarşısında birlikdə çalışır. Regional təhlükəsizliyin artırılması, İŞİD və PKK daxil olmaqla, terrorizmin bütün növlərinə qarşı mübarizədə Türkiyə vazkeçilməz bir müttəfiqdir. ABŞ Türkiyə hökumətinin və türk xalqının 3 milyon qaçqına tayı-bərabəri görünməmiş ev sahibliyi etməsini təqdir edir. Əvvəlcə Ağ Evdə, sonra isə sentyabr ayında BMT Baş Assambleyasında davam etdirdiyimiz dialoq ikitərəfli əlaqələrimizin önəminin göstəricisidir. Həm bölgənin sülh və rifahı üçün, həm də ticarət əlaqələrimizi, yatırımlarımızı gücləndirmək üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirik. Ölkələrimizin nə qədər uzun bir tarixi paylaşdığını xatırladan önəmli məqamlardan biri də bu ilin Türkiyənin ABŞ-a ilk dəfə səfir göndərməsinin 150-ci ildönümü olmasıdır”.

D.Tramp məktubunda 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinə də toxunub: “ABŞ-ın Türkiyədəki demokratik qurumlara olan dəstəyini bir daha təsdiqləyərkən 2016-cı ilin iyulundakı çevriliş cəhdini qınadığımızı xatırlatmaq istərdim. O faciəli gündə demokratiyaya sahib çıxan qərarlı türk vətəndaşlarının cəsarətini hörmətlə anırıq. Onların aksiyaları demokratiyanın mühafizəsi üçün mətbuatın və təməl azadlıqların təminat altına alınmasının önəmini xatırladan aksiyalar idi. Türk tələbələrini və professorlarını ölkəmizdə qonaq etməkdən və türk iş dünyasının əlaqələrimizin dərinləşməsi üçün oynadığı roldan qürur duyuruq. Toplumlarımız arasındakı bu qarşılıqlı əlaqələr ölkələrimizi uğuru üçün çox böyük önəmə malikdir. Bu önəmli günü qeyd edərkən ortaqlığınız üçün təşəkkür etmək istəyirik. Bütün türk xalqına güvənli və xoşbəxt bayram dləyirik”.(Mənbə:APA)




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}