General və idarə rəislərinə yeni vəzifələr verildi - Siyahı
Tarix: 17-02-2016 15:44 | Bölmə: Gündəm / Xəbərlər


"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarındaApellyasiyaŞuralarının yaradılması haqqında”Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə, Dövlət Miqrasiya Xidməti rəisinin əmri ilə Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.

Reyting.az xidmətə istinadən xəbər verir ki, yaradılan Apellyasiya Şurasına Xidmət rəisinin müavini,general Pərviz Musayevsədr təyin edilib.

Yeddi nəfərdən ibarət olan Şuranın tərkibinə Xidmətin struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxil ediliblər.

Apellyasiya Şurası Katibliyinin rəhbəri və tərkibi aşğdakı kimi təsdiqlənib:

-Qəhrəmanov Vahid Vaqif oğlu – Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi;

- Abdullayev İsmayıl Əli oğlu – Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi;

- Alıyev Siyasət İdris oğlu – Təşkilat-nəzarət baş idarəsinin rəis müavini;

- Səfərov Rövşən Elxan oğlu – Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini;

-Hüseynov Cəmil Xalid oğlu – Vətəndaşlıq məsələləri baş idarəsi, Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin rəisi;

- İsmayılov Nadir Kamil oğlu – İctimaiyyətlə əlaqələr idarəsinin rəisi.

Apellyasiya Şurası Katibliyinin tərkibi:

- Süleymanzadə Lalə Rəfail qızı - Təşkilat-nəzarət baş idarəsi, Nəzarət idarəsinin baş inspektoru;

- Əliyev Zamir Ramiz oğlu – Katiblik, Məxfi hissənin (bölmə səlahiyyətli)inspektoru.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}