Müdafiə naziri cəbhə bölgəsinə gedib - Fotolar
Tarix: 26-12-2017 09:34 | Bölmə: Gündəm / Xəbərlər
Müdafiə naziri cəbhə bölgəsinə gedib

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti düşmənlə qarşıdurma xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat şəraiti barədə məruzə edildikdən sonra müdafiə naziri səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb.

Daha sonra Z.Həsənov ön xətdə xidmət edən hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Qarşıdan gələn bayramlar münasibətilə Ali Baş Komandanın təbriklərini şəxsi heyətə çatdıran müdafiə naziri, dövlət başçısı adından xidmətdə fərqlənənlərə mükafatlar və bayram hədiyyələri təqdim edib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri, hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Müdafiə naziri cəbhə bölgəsinə gedib
Müdafiə naziri cəbhə bölgəsinə gedib
Müdafiə naziri cəbhə bölgəsinə gedib
Müdafiə naziri cəbhə bölgəsinə gedib
Müdafiə naziri cəbhə bölgəsinə gedib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}