“Liverpul” seneqallı hücumçu ilə müqaviləni uzatdı
Tarix: 23-11-2018 17:10 | Bölmə: İdman
“Liverpul” seneqallı hücumçu ilə müqaviləni uzatdı

İngiltərənin “Liverpul” klubu ən məhsuldar oyunçusu Sadio Mane ilə uzunmüddətli müqavilə imzalayıb.

Reyting.az bildirir ki, Seneqal millisinin 26 yaşlı hücumçusu ilə razılaşmanın detalları açıqlanmır.

“Liverpul” ilə müqaviləmi uzatdığıma görə çox şadam, mən bu klubla çox mükafatlar qazanmaq istəyirəm. Bu mənim üçün çox vacib hadisədir. Hesab edirəm ki, “Liverpul” əla baş məşqçisi ilə ən yaxşı klubdur. “Liverpul”a keçidim mənim karyeramda ən yaxşı qərardır”, - Mane vurğulayıb.

Sadio Mane “Liverpul”a 2016-cı ildə “Sauthempton”dan keçib. Bu mövsüm 16 oyunda 7 qol vurub və bir məhsuldar ötürməsi var.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}